"Real"da oynamaq qürurverici hissdir. Burada nəinki karyeramı bitirmək, hətta "Kral klubu"nda ölmək istəyirəm.
"İki sahil" İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Real"ın fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa deyib.
21 yaşlı oyunçu yerli mətbuata açıqlamasında "Real"ın onun ürəyində xüsusi yeri olmasını vurğulayıb: "Real"da oynamaq hər kəsin arzusudur. İşdir, mənə nə vaxtsa baş məşqçi burada qapıçı kimi çıxış etməyi desə, bu klubun qapıçısı belə olaram. Məni bu klubda oynamış Kriştianu Ronaldu kimi əfsanəvi futbolçular ilhamlandırır. Onların məşq prosesini təkrarlamağa çalışıram. Komandada əsas məqsədim bütün titulları qazanmaqdır".
Qeyd edək ki, E.Kamavinqa 2021-ci ildə Fransa təmsilçisi "Renn"dən "Real"a transfer olunub.
Cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb
Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanıblar