Bloger Zak Nelson "Tesla Cybertruck" pikapının gücünü yoxlayıb.
“İki sahil” xəbər verir ki, Nelson "Tesla Cybertruck"un polad gövdəsinin güllə keçirməz olması barədə mifi təkzib etməyə çalışıb.
Xüsusilə, "Tesla"nın baş direktoru İlon Musk, avtomobilin tapança atəşi ilə zədələnə bilməyəcəyini bildirib. Bloger bu tezisi təsdiqləyib. Belə ki, 9 mm tapançadan açılan atəşdən sonra polad qapıda yalnız kiçik bir çuxur yaranıb.
22 kalibrli güllələr də maşının polad gövdəsini dələ bilməyib. Bu, yalnız Zak Nelson avtomobili 17 kalibrli patronlarla vurduqda mümkün olub. Lakin güllələr deşik açsa da, onlar qapının içərisində qalıb.
Nəhayət, o, 50 kalibrli snayper tüfəngi ilə avtomobilə atəş açıb. Güllə gövdəndən keçərək o biri tərəfdən çıxıb. Nelson həmçinin alov qurğusu ilə "Cybertruck"un üzərini yandırmağa cəhd edib, lakin yanğın avtomobildə heç bir iz buraxmayıb.