“Bayer” (Leverkuzen) Bundesliqadan Almaniya kubokunun yarımfinalına yüksələn yeganə klub olub.
“İki sahil” “Opta Sport”a istinadən xəbər verir ki, bu, turnir tarixində ilk dəfədir, baş verir. Bundesliqanın lideri "Bayer"dən başqa, ikinci Bundesliqanın iki klubu – “Kayzerslautern” və “Fortuna Düsseldorf”, həmçinin üçüncü Bundesliqadan "Bavariya", "Ayntraxt" və “Borussiya”nı mübarizədən kənarlaşdıran "Saarbrüken" yarımfinala yüksəlib.
Qeyd edək ki, Almaniya kubokunun yarımfinal mərhələsində “Kayzerslautern” evdə “Saarbrüken”lə, “Bayer Leverkuzen” isə evdə “Fortuna Düsseldorf”la qarşılaşacaq. Qarşılaşmalar aprelin 2-si və 3-nə təyin edilib.
Cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb
Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanıblar