Türkiyənin "Qalatasaray" klubu futbolçusu Tete ilə yollarını ayırmaq istəyir.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı vingeri yay transfer dönəmində satmağı planlaşdırır.
Braziliyalı oyunçunun ölkəsinə qayıdacağı gözlənilir. Bir neçə klub onunla yaxından maraqlanır.
Qeyd edək ki, Tete cari mövsüm Superliqada 26 oyuna çıxıb və qol vura bilməyib. O, yalnız Çempionlar Liqasının qrup mərhələsində bir qolla yadda qalıb.
Cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb
Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanıblar