Həddindən artıq şəkər istehlakı qan damarlarına zərər verməklə yanaşı, sinir uclarının ölümünə, onkoloji xəstəliyə, diabetə və piylənməyə səbəb ola bilər.
“İki sahil” “Qazeta.ru”ya istinadla xəbər verir ki, kardioloqlar təbii şəkərin meyvə, giləmeyvə və tərəvəzlərdə olduğunu xatırladaraq, belə qidalardan istifadə etməyi tövsiyə edirlər. Burada söhbət rafinə edilmiş şəkərdən gedir: “Buraya bişmiş məmulatlarda - tortlarda, keklərdə, konfetlərdə, kompotlarda, çay və qəhvəyə əlavə etdiyimiz şəkərlər daxildir.”
Həkimlər qeyd edirlər ki, meyvələrdə olan şəkər təbii formada deyil, şirə şəklində istehlak edildikdə zərərli ola bilər.
Şanxaylı alimləri müəyyən ediblər ki, şəkərli və ya şəkər əvəzediciləri olan içkilər içmək ürəkdə atrial fibrilasiya riskini artıra bilər.
Nüsrət Məmmədov, "İki sahil"