ABŞ-ın Texas ştatında yaşayan "Polio Paul" kimi tanınan Paul Aleksandr 6 yaşında iflic olduqdan sonra ömrünün qalan 72 ilini 300 kiloluq metal kapsulda keçirərək rekorda imza atıb.
“İki sahil” NTV-yə istinadla xəbər verir ki, uşaqlığından demək olar ki, bütün ömrünü “Dəmir ağciyər”də keçirən qoca martın 11-i bazar ertəsi dünyasını dəyişib.
Poliomielit diaqnozu qoyulduqdan qısa müddət sonra o, nəfəs ala bilmədiyi üçün "dəmir ağciyər" kimi tanınan metal aparatın içərisinə yerləşdirilib.
1955-ci ildə, yəni Paul xəstəliyə tutulduqdan üç il sonra, poliomielit peyvəndi təsdiqləndi və bütün ölkədə uşaqlara tətbiq olunmağa başladı.
O, "dəmir at" adlandırdığı metal kapsulda 72 il keçirdi. Texnologiyanın inkişafına rəğmən Paul daha müasir cihaza keçməkdən imtina etdi.
Bu müddət ərzində o kollecə getdi, hüquqşünas oldu və metal kapsula möhtac yaşamasına baxmayaraq kitablarını nəşr etdirdi.
Paul iflic olmuş bədənini dik tutan əlil arabası və üç parçadan ibarət kostyumu ilə məhkəmədə müvəkillərinin hüquqlarını müdafiə edərək öz vəkil olmaq xəyallarını gerçəkləşdirdi. O, həmçinin əlillərin hüquqları ilə bağlı oturaq aksiya təşkil etdi və öz xatirələrini nəşr etdirdi.
Paul valideynlərindən, qardaşından və hətta 2015-ci ildə hava sızdırmağa başlayan "dəmir ağciyərindən" də çox yaşadı.