Fransada Ramazan ayı ərzində futbolçuların iftarı üçün matçlarda fasilələrə icazə verilməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası qərar verib.
"RMC Sport"un məlumatına görə, Fransada xeyli sayda oruc tutan futbolçunun olmasına baxmyaraq, belə qərarın verilməsi birmənalı qarşılanmayıb. Müsəlman futbolçuların bu qərardan narazı olduğu bildirilir.
Qeyd edək ki, yerli federasiya ötən il də eyni qərarı vermişdi.
Cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb
Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanıblar