13 mart 2024 23:26
472

Yalnız heykəllərin “yaşadığı” qorxulu kənd

Yukison təxəllüsü ilə işləyən yapon fotoqrafı Ken Oki Toyama prefekturasını gəzərkən qəflətən qorxulu mənzərə ilə qarşılaşır: Fureai Sekibutsu no Sato kəndi ətrafında yerləşdirilmiş insan heykəlləri toplusu. Bu ad "tapacağınız kənd" mənasını verir. Orada yalnız buddist heykəlləri var.

“Mənə elə gəldi ki, təsadüfən hansısa qadağan olunmuş ərazini tapmışam. İnanılmazdır", -deyə Ken öz sosial şəbəkə hesabında bildirib.

Buddist tanrılarının 800 müxtəlif heykəlindən ibarət parkı Mutsuo Furukava yaradıb. Onun məqsədi parkı insanların istirahət etmək üçün gəldiyi məşhur turistik məkana çevirmək idi. Əlbəttə ki, bu gözəl fikirdir, lakin zaman keçdikcə heykəllər rahatlaşdırıcı xüsusiyyətlərini itirib və indi daha çox narahatedici hisslər doğurur.

Nubar Süleymanova, “İki sahil”