İdman malları istehsalçısı “Adidas” 2023-cü ilin sonunda xalis itki ilə üzləşib ki, bu da 1992-ci ildən bəri ilk haldır.
“İki sahil” xəbər verir ki, bu barədə şirkətin 2023-cü il üzrə maliyyə hesabatında deyilir.
2023-cü ilin sonunda onun xalis zərəri 14 milyon avro, davam edən fəaliyyətlərdən maliyyə itkiləri isə 58 milyon avroya çatıb. Halbuki, bir il əvvəl “Adidas” 638 milyon avro xalis mənfəət açıqlayıb.
İtkilərin əsas səbəbi “Adidas” ilə amerikalı hip-hop sənətçisi Kanye Vestin “Yeezy” brendi arasında əməkdaşlığın kəsilməsi olub. Şirkətin hesablamalarına görə, brendin məhsullarının qalan hissəsi maya dəyəri ilə satılır.
2024-cü ildə “Adidas” əməliyyat mənfəətində 500 milyon avro səviyyəsinə çatmağı planlaşdırır. Alman şirkətinin direktorlar şurası itkilərə baxmayaraq, dividend ödənişlərini hər səhm üçün 70 avro sent səviyyəsində saxlamaq niyyətindədir.