Şimali Karolina Dövlət Universitetinin tədqiqatçıları işıqfora dördüncü rəngin əlavə olunma imkanlarını araşdırıb. Bu məsələ yollarda tezliklə sürücüsüz avtomobillərin peyda olması ehtimalının yüksək olmasına görə gündəmə gəlib.
“İki sahil” xəbər verir ki, bu haqda “New Atlas” məlumat yayıb.
Tədqiqatçılar kompüter modeli ilə apardıqları araşdırmadan sonra belə qənaətə gəliblər ki, işıqfora dördüncü rəngin əlavə edilməsi yol kəsişmələrində keçidi sürətləndirməklə yanaşı, həm avtomobillərin, həm də piyadaların təhlükəsizliyini artıracaq.
Özüidarə olunan nəqliyyat vasitələrinin meydana gəlməsi ilə bu sahədə inqilabi dəyişiklik qaçılmazdır.
Sürücüsüz nəqliyyat vasitələrinin özləri yol hərəkətinin idarə edilməsi sisteminin bir hissəsinə çevriləcək və nəqliyyat axınını yaxşılaşdırmaq üçün sistemlə “əməkdaşlıq” edə biləcək.
Nüsrət Məmmədov, "İki sahil"