BMT Azərbaycanda COP29-un keçirilməsinə tam dəstək verməyə və ölkəmizlə işləməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderi Prezident İlham Əliyevlə görüşdə deyib.
Qonaq COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Dövlət başçısı buna görə öz təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan ilə BMT-nin müvafiq strukturları arasında COP29-un uğurla təşkil olunması istiqamətində artıq səmərəli əməkdaşlıq qurulub və nümayəndə heyətləri yaxından işləyir.
Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub - Hikmət Hacıyev
Azərbaycan Prezidenti İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub