14 mart 2024 16:18
581

Qlobal Bakı Forumu dünyanın gələcəyinə aydın baxışlar formalaşdırır - POLİTOLOQDAN AÇIQLAMA

Qlobal  Bakı Forumunda edilən müzakirələrin nəticələri beynəlxalq aləmdə, dünya mediasında ciddi reaksiyalar doğurur

Qlobal Bakı Forumu hazırda dünyanın əsas fokuslandığı siyasi tədbirlərdən biri halına gəlib. Bu Forum çərçivəsində Azərbaycanla dünyanın digər ölkələri arasında kifayət qədər yaxşı əlaqələr formalaşır. Həmçinin artıq ənənəvi hal alan hər ilin mart ayında keçirilən Qlobal Bakı Forumları dünyanı narahat edən bir çox ciddi məsələlərə beynəlxalq müqaviməti formalaşdırır. Burada iştirakçı olan dünyanın nüfuzlu dövlət başçıları, keçmiş hökumət və dövlət rəhbərləri məhz Azərbaycandan dünyaya müəyyən çağırışlar edirlər.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirib. 

Daha yaxşı gələcək, dünya naminə qlobal həmrəylik və məsuliyyət şüurunun zəruriliyi ortaya çıxır

Politoloqun sözlərinə görə, Qlobal  Bakı Forumunda edilən müzakirələrin nəticələri beynəlxalq aləmdə, dünya mediasında ciddi reaksiyalar doğurur: “Artıq Azərbaycan müxtəlif beyin mərkəzlərinin əsas toplaşma məkanına çevrilibdir. İstər paytaxt Bakıda, istər işğaldan azad edilmiş ərazilərdə kifayət qədər önəmli, dünya səviyyəli forum və tədbirlər keçirilir. Prezident İlham Əliyevin himayəsi altında dəfələrlə keçirilmiş Qlobal Bakı Forumu dünyanın trendlərini müəyyənləşdirən ən mühüm beynəlxalq forumlardandır. 

Bakı Forumu dünyanın trendlərini müəyyənləşdirən ən mühüm beynəlxalq forumlardandır

Burada edilən müzakirələr dünyanın gələcəyinə aydın baxışlar formalaşdırır. Daha yaxşı gələcək, dünya naminə qlobal həmrəylik və məsuliyyət şüurunun zəruriliyi ortaya çıxır . Eyni zamanda, hesab edirəm ki, bu gün ayrı-seçkiliyin, islamafobiyanın, iqlim məsuliyyətsizliyinin bütün dünya siyasətini cənginə aldığı bir vaxtda bu tip forumların kifayət qədər böyük əhəmiyyəti var”. 

T.İsmayılov nəzərə çatdırıb ki, Azərbaycan bu gün neokolonializmə qarşı mübarizədə ön sıralarda yer alır: “Ölkəmiz multikultural ənənələrinə görə dünyaya örnəkdir. Belə bir ölkənin bu tip tədbirlər keçirməyi də təqdirəlayiqdir”.

Günel Cəlilova, "İki sahil"