Martın 14-də işə başlayan XI Qlobal Bakı Forumunun üçüncü panel iclası “Qlobal idarəetməni düzəltmək” mövzusuna həsr olunub.
“İki sahil” xəbər verir ki, panel iclası Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziyanın moderatorluğu ilə keçirilir.
Qeyd edək ki, XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.