Bizim Azərbaycan və Türkiyə ilə nümunəvi əlaqələrimiz var.
“İki sahil” xəbər verir ki, bunu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransı zamanı Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili deyib.
“Regionda və dünayada mövcud olan prosesləri müzakirə etdik. Əməkdaşlığımızı daha da aktivləşdirməyə bundan sonra da hazır olduğumuzu qeyd etdik. Azərbaycan və Türkiyə ilə bizim strateji, nümunəvi əlaqələrimiz var. Siyasi, ticari, nəqliyyat və enerji sahələrində əməkdaşlığı da müzakirə etdik. Bu sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün birgə səylərimizin önəmini qeyd etdik, - deyə nazir bildirib.