15 mart 2024 12:43
712

XI Qlobal Bakı Forumu dünya problemlərinin müzakirə olunduğu nüfuzlu platformadır - Xəyal Bəşirov/EKSKLÜZİV

Azərbaycan  mötəbər tədbirlərin keçirilməsi üçün ənənəvi məkana çevrilib. Ölkəmiz müxtəlif istiqamətli yəni idman, mədəniyyət, qlobal siyasətlə bağlı beynəlxalq tədbirlərin  keçirilməsi ilə bağlı intensiv proseslərin reallaşdırılması ilə məşğuluq. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nüfuzu beynəlxalq  aləmdə günü-gündən artmaqdadır. Azərbaycanla müxtəlif  sahələrdə də o cümlədən də dünyada baş verən  siyasi, iqtisadi  proseslərlə bağlı əməkdaşlıq etmək istəyən  dövlətlərin, təşkilatların  sayı günü-gündən artmaqdadır.  XI Qlobal Bakı  Forumunun "Parçalanmış dünyanın bərpası" adı ilə  keçirilməsi və burada dövlət başçımız İlham Əliyevin iştirak edərək çıxış etməsi, eləcə  də bir sıra dövlətlərdən rəhbər və səlahiyyətli  şəxslərin iştirak etməsi bu tədbirin  önəmini bir daha göstərir.

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov söylədi.

Dünya səviyyəsində yeni nümunə

Politoloqun sözlərinə görə, Azərbaycan  həm özünün üzv olduğu beynəlxalq  təşkilatlardakı fəaliyyəti ilə nümunəvi proses  ortaya qoyur. Həm də eyni  zamanda bu kimi mötəbər tədbirlərdə iştirakı ilə, belə tədbirlərə ev sahibliyi etməklə dünya səviyyəsində yeni nümunə ortaya qoyur. Bu, Azərbaycan  dövlətinin daxili siyasəti ilə yanaşı ümumilikdə  dövlət siyasətini tamamlayan xarici uğurlu siyasətin həyata keçirilməsi ilə əlaqədardır. Pandemiya dönəmində Azərbaycan  Qoşulmama Hərakatının tribunasından hansı  şəkildə  uğurla istifadə etdi. Daha sonra dünyanın  ikinci ən böyük  təşkilatı olan Qoşulmama Hərəkatından  sonra  ən böyük təşkilat olan BMT-nin dövlət və hökumət  başçılarının Baş Assambleyasının xüsusi sessiyasının  çağırılmasına  nail oldu. Yəni, nadir halda çağırılan bu tədbiri Azərbaycan öz təşəbbüsü ilə reallaşdırdı və Azərbaycan  tərəfi pandemiya ilə mübarizə çərçivəsində  beynəlxalq aləmə özünəməxsus çağırışları  oldu. Yəni, bəşəriyyət üçün ən önəmli problemlərdən olan pandemiya ilə mübarizə çərçivəsində  Azərbaycan öz səsini ucaltdı və bu səs bütün dünya  tərəfindən eşidildi.

Xəyal Bəşirov vurğuladı ki, pandemiya ilə mübarizədə  Azərbaycan  nümunəsində, həm də vaksin millətçiliyinin tüğyan etdiyi dünyada bu prosesə qarşı olduğunu bildirən Prezident  İlham Əliyev bu çağırışları  ilə  əslində dünyanın  bir şəkildə utandırmış oldu. Təbii ki, o ənənənin davamı olaraq artıq  Azərbaycan  ondan sonra  da  bir sıra mötəbər  tədbirlərə  həm ev sahibliyi edib, həm də həmin tədbirdə  iştirak edib. Bunlara misal olaraq, Azərbaycanın ayrı-ayrı beynəlxalq platformalarda uğurlu  fəaliyyətini  misal  gətirə bilərik məsələn Birləşmiş Millətlər Təşkilatının, onun ayrı-ayrı qurumlarının  müxtəlif  tədbirlərində Azərbaycan  çox aktiv şəkildə iştirak edir. Eyni  zamanda, Qoşulmama Hərəkatına 4 ilə yaxın müddətdə ərzində rəhbərlik etdiyi və dünyanın 120 dövlətini  ümumilikdə 25 dövlət  və təşkilatın müşahidəçi qismində  olduğu 145 ölkəni və təşkilatı öz çətiri altında birləşdirən Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik edən Prezident İlham Əliyev həmin o təşkilatın gənclər platformasının parlament şəbəkəsinin yaradılmasına  nail oldu. Azərbaycan ötən ilin iyulunda yaradılmış Bakı Təşəbbüs Qrupunun vasitəsilə Azərbaycan bu gün dünyada hələ də qorunub saxlanmağa cəhd göstərilən müstəmləkiçilik siyasətinin neokolonializm səviyyəsinə cəhd göstərilən Fransa kimi dövlətlərin bu qanuna və hüquqa zidd addımları ilə mübarizə çərçivəsində ötən ilin sentyabrında BMT-nin baş qərargahı Nyu-Yorkda, noyabrda Bakıda, dekabrda İsveçrədə BMT-nin Cenevre ofisində tədbirlər keçirdi. Bu il də bir sıra tədbirlərin həyata keçirilməsinə nail olduq. Yəni, ayrı-ayrı beynəlxalq platformalarda, beynəlxalq təşkilatlarda sadəcə təmsil olunmuruq həm  də həmin o təşkilatlar çərçivəsində təşəbbüslər ortaya qoyuruq. Bu təşəbbüslərin həyata keçirilməsi üçün əlimizdən gələni edirik. Bu günə qədər bizim o platformalar çərçivəsində təşəbbüslərimizin reallaşması nəticəsində  dünyada bir sıra problemlərin həllinə nail olunub.

Politoloq diqqətə çatdırdı ki, bu gün Azərbaycan BMT, Qoşulmama  Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və bir sıra digər mötəbər təşkilatlarda təşəbbüskar rolunda iştirak edir və təbii ki, bu da Azərbaycanın  həmin təşkilatlar çərçivəsində həm də beynəlxalq aləmdə nüfuzunun sürətlə artmasına  gətirib çıxarır. Ümumiyyətlə, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 ildən artıq bir müddət ərzində Azərbaycan keçmiş münaqişənin mövcud olduğu dönəmdə də, ondan sonra da beynəlxalq səviyyədə öz nüfuzunun artırılmasına hesablanmış uğurlu addımlar atır. Azərbaycan dövlətlərarası münasibətlərin inkişaf etdirilməsinə maraqlı görünür. Ayrı-ayrı təşkilatlarla münasibətlərinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində ciddi addımlar atır.

Bu gün XI Qlobal Bakı Forumunun  keçirildiyi bu tədbir dünyada müxtəlif analoji tədbirlərlə, beynəlxalq tədbirlərlə müqayisə olunacaq dərəcədə əhəmiyyət daşıyır. Bu Forum Münhen Təhlükəsizlik Konfransı, Davos İqtisadi Forumu və bir sıra digər mötəbər tədbirlər var ki, həmin o tədbirlərdən heç də az əhəmiyyət daşımır. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra həm regionda, həm regional bağlı beynəlxalq aləmdə Avropa, Asiya, Afrika qitələrində mövqeyi və nüfuzu o qədər artıb ki, artıq Azərbaycan dünya səviyyəli mötəbər tədbirlərin keçirilməsi üçün məkan olaraq seçilir. Bu, həmin o təşkilatlara üzv olan dövlətlərin mütləq səs çoxluğu ilə həyata keçirilir. Bu gün  dünya üçün, o cümlədən BMT üçün ən önəmli proseslərdən biri də iqlim dəyişikliyi ilə bağlı məsələlərdir. İqlim dəyişikliyi dünyanın istənilən nöqtəsində hər bir dövləti, hər bir insanı ciddi şəkildə narahat edən bir məqamdır.

COP29-la bağlı qərar Azərbaycana etibar və etimadın göstəricisidir

COP29 tədbirinin keçirilməsi üçün Bakının  seçilməsi bu günə qədər həmin o tədbirdə Azərbaycanın iştirakı və həmin o iştirak zamanı məsuldar fəaliyyət ortaya qoyması çox önəmli xarakter daşıyır. Ən azından ötən il  COP28 tədbirinin keçirildiyi Birləşmiş Ərəb Əmirliyində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin iştirak etməsi və həmin o tədbir çərçivəsində önəmli görüşlərin keçirilməsi, bir sıra mühüm sənədlərin imzalanması təbii ki, Azərbaycanın orada fəaliyyətini fərqləndirən amillərdən oldu və təbii ki, ondan sonra dövlətlər növbəti COP tədbirinin  Azərbaycanda keçirilməsi ilə bağlı qərar aldı. Təxminən 100 minə yaxın  insanın iştirak edəcəyi bu ilin noyabrında Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı etibar və etimada sahib olduğunu göstərir. Təbii ki, bu,  gələcəkdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə gətirib çıxaracaq, eyni zamanda, Azərbaycanın qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsindən, növbəti Prezident seçkilərinin keçirilməsindən sonra ən ciddi və aktual tədbirlərdən biri olacaq. Bu da Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin BMT-yə üzv olan bütün dövlətlər tərəfindən tanınması anlamına gəlir.

Azərbaycan Orta Dəhliz üzərində yerləşən ən vacib dövlətlərdən biridir

Politoloq fikirlərinin davamı olaraq qeyd etdi ki, bu kimi tədbirlərin həyata keçirilməsi əslində bir daha ondan xəbər verir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin əhəmiyyətli tərkib hissələrindən biridir. Bu gün dünyada baş verən istənilən proses çərçivəsində Azərbaycanın beynəlxalq  hüququn subyekti, tam hüquqlu üzvü kimi Azərbaycanın rolu açıq şəkildə görünür. Baş verən proseslərlə bağlı Azərbaycanın mövqeyi, irəli sürdüyü təşəbbüslər digər dövlətlər tərəfindən qəbul edilir və o istiqamətdə qarşıya qoyulan məqsədlərlə bağlı addımlar atılır. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinə rəhbərlik etdiyi dönəmdə həm daxili, həm də xarici siyasətdə çox uğurlu addımlar atır çünki dövlətin siyasətini tamamlayan daxili və xarici siyasətdir. Azərbaycanın daxili və xarici siyasəti uğurla həyata keçirilir. Bu gün Azərbaycanın Cənubi Qafqazda söz və güc sahibi, eləcə də  dominant qüvvə olması ümumilikdə Orta Dəhliz üzərində yerləşən ən əhəmiyyətli  dövlətlərdən olması  ölkəmizin dünyada baş verən proseslər baxımından önəmindən xəbər verir. Ona görə bütün bu tədbirlər bizim dövlətimizin və dövlətçiliyimizin ümumi maraqlarına xidmət edən prosesin tərkib hissəsidir. Təbii ki, dövlətimizin və xalqımızın maraqlarına cavab verən addımlardan biridir.

Yaqut Ağaşahqızı, “İki sahil”