15 mart 2024 12:52
571

Azərbaycanın builki "Avroviziya" mahnısı təqdim olunub - VİDEO

Azərbaycanın builki "Avroviziya" mahnısı təqdim olunub.

“İki sahil” xəbər verir ki, təmsilçilərimiz Fahree və İlkin Dövlətovun “Özünlə apar” ifası “Avroviziya”nın rəsmi YouTube kanalında yayımlanıb.

Qeyd edək ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək.