İnsan xarici görünüşünü təhlil edən “Qoves Studio” platformasının mütəxəssisləri Meksika əsilli amerikalı aktrisa Salma Hayekin cazibədarlığının sirrini açıblar.
“İki sahil” xəbər verir ki, müvafiq material “The Sun”un saytında yer alıb.
Həmin məqalədəd qeyd edilir ki, mütəxəssislər məşhur ulduzun gözəlliyini üç meyara görə qiymətləndiriblər: dimorfizm, simmetriya və üz nisbətləri.
Ekspertlər belə qənatə gəliblər ki, 57 yaşlı Salma güclü yanaq sümükləri, görkəmli çənə xətti və yanağının altındakı kiçik çənəaltı boşluq da daxil olmaqla heyrətamiz yetkin xüsusiyyətlərə malikdir.
Tədqiqatçıların fikrincə, Hayekdə cinsi dimorfizm yüksək səviyyədədir. “Bunlara alçaq, yuvarlaq saç düzümü, iri gözlər, kiçik burun və dolğun dodaqlar daxildir” deyə ekspertlər qeyd ediblər. Bunlar isə ulduzun niyə yaşından daha gənc görünməsi sualının cavabıdır.
Qeyd edək ki, Salma Hayek bu günlərdə Paris Moda Həftəsi çərçivəsində yeni görünüşü ilə pərəstişkarlarını sevindirmişdi.