Qaraciyərin sağlamlığı təkcə alkoqollu içkilər ilə deyil, eyni zamanda, zərərli qidalar tərəfindən də pisləşə bilər.
“İki sahil” xəbər verir ki, bunu dietoloq Anna Belousova Rusiya mediasına müsahibəsində deyib.
Dietoloq qeyd edib ki, piydən çox istifadə orqanın fəaliyyətini pozur.
Mütəxəssisin fikrincə, qəbul edilən qidaların tərkibində çoxlu zərərli yağlar var ki, bu da qaraciyərin işini ağırlaşdırır. Çünki belə olan halda qaraciyər maksimum “işləməlidir”. Bu isə son nəticədə yoluxucu olmayan hepatitə gətirib çıxarır.
Həkim bildirib ki, insanların çox istifadə etdiyi “sala”- donuz yağından gündəlik istehlak etmək olmaz.
“Sputnik” radiosu da xəbər verir ki, donuz piyinin gündəlik istehlakı qaraciyərin zədələnməsi və xəstəxanaya yerləşdirilmə riski yaradır.
Zamin Məmmədov, “İki sahil”