Mövzu ilə bağlı Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı hacı Gülağa İsmayılov “İki sahil”ə bildirib ki, həddi-buluğa çatmayan uşaqlara dinimizin heç bir vacib əmirləri fərz olmur: “Oruc tutmaq da dinimizin vacibi hökümlərindən biridir. Yalnız həddi-buluğa çatmış insanlardan tələb olunur. Valideynlər həddi-buluğa çatmayan övladlarını ibadətə təşviq məqsədi ilə erkən yaşlarından vərdiş yaratmaq üçün namaz qılan zaman özləri ilə birgə namaza, oruc tutan zaman öz övladlarını da bu ibadət süfrəsində iştirak etməyə şərait yaratmaları əziz Peyğəmbərimiz və onun pak əhi-beyti tərəfindən tövsiyə olunub. Məsələn həddi-buluğa çatmayan uşaqlar günün müəyyən hissəsini (bacardığı qədər) oruc tutar və acarkən və ya susayarkən orucunu aça bilərlər. Beləliklə uşaqlar da bu ayın mənəvi ab-havasını duymuş və islamın əmrlərinə tədricən vərdiş etmiş olarlar.”
Orxan Vahidoğlu, "İki sahil"