Qlobal Bakı Forumu Azərbaycanın son dövrlər regional və qlobal problemlərin həllində iştirakının artığını sübut edir
Bakda sayca 11-ci Qlobal Bakı Forumu keçirildi. Prezident İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu dünyanı narahat edən problemlərin, qlobal çağırışların geniş və hərtərəfli müzakirə edildiyi mühüm platforma oldu. Bu platforma vasitəsilə, Azərbaycan aşağıdakı qlobal məsələlərin müzakirəsi üçün evsahibliyi etdi: yeni dünya nizamına təhdid yaradan amillər; sülhün təmin olunması üçün perspektivlər; bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsiri; dünyanı sarsıdan münaqişələr və, təhdidlər; iqlim, qida və nüvə təhlükəsizliyi problemləri.
Bu fikirləri “İki sahil”ə açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli söylədi.
Qoşulmama Hərəkatının məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayıb
Ramil İskəndərlinin sözlərinə görə, Bakı Forumu Azərbaycanın son dövrlər regional və qlobal problemlərin həllində iştirakının artdığını sübut etdi. XI Qlobal Bakı Forumunda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların 70-dən çox ölkədən 350-dən çox nümayənsi iştirak etdi.

Ötən illər ərzində Qlobal Bakı Forumunun təşkilatçıları və iştirakçıları tədbirin beynəlxalq səviyyədə nüfuzunun əhəmiyyətli dərəcədə artmasına nail olublar. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, bu təşkilat çərçivəsində irəli sürülən təşəbbüslər də mühüm rol oynayıb. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatının məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayıb. Bu kontekstdə Bakıda keçirilməsi planlaşdırılan COP29 konfransını da qeyd etmək olar.
Bakıda keçiriləcək COP29-un dünyanın yeni çağırışlarına töhfə verəcək
Həmsöhbətimiz diqqətə çatdırdı ki, maraqlıdır ki, bunu dünyanın bir çox siyasi xadimləri qeyd edirlər. Dövlət rəhbərlərinin Forum iştirakçılarına göndərdiyi mesajlar da bu fikri təsdiqləyir. Bildiyimiz kimi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak XI Qlobal Bakı Forumu ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərmidir. Məktubda cənab Sunak qeyd edir ki, ölkələrin iqlim dəyişikliyinə davamlılığını artırmaq, qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq üzrə Paris öhdəliyinə əməl etməyə sadiq olan neft və qaz hasil edən ölkə kimi Böyük Britaniya xalqlarımızın və planetin gələcəyini təmin edən ədalətli enerji keçidi kursunun müəyyən edilməsinin zəruriliyini başa düşür. Əhəmiyyətli hal ondan ibarətdir ki, Baş Nazir qeyd edir ki, “Böyük Britaniya 2024-cü ilin sonunda Bakıda keçiriləcək COP29-un uğurunu dəstəkləmək üçün sizinlə olacaq”.
Dünyada nüfuzu sürətlə artan Azərbaycan bu gün beynəlxalq problemlərin həlli platformasına çevrilib və mədəniyyətlər və sivilizasiyalararası dialoqların baş tutduğu unikal məkan kimi tanınır. Azərbaycan hər zaman dialoq formasında dünyamiqyaslı məsələlərin həllinin mümkünlüyünü təbliğ edir, bəşəri qərarların qəbuluna və icrasına birbaşa töhfələr verir. Bir sözlə, üç gün ərzində davam edən XI Qlobal Bakı Forumunda qlobal problemlərin həlli istiqamətində araşdırıldı, onların həlli yönündə müzakirə və fikir mübadilələri aparıldı. Bütün bunlar eyni zamanda COP29 üçün bir növ müzakirə bazası rolunu oynadı. Bakıda keçiriləcək COP29-un dünyanın yeni çağırışlarına töhfə verəcəyi şübhəsizdir.
Yaqut Ağaşahqızı, “İki sahil”