18 mart 2024 13:58
653

Azərbaycan Prezidenti Fransanın xarici siyasətinin riyakar elementlərini dünya ictimaiyyətinə açdı - AÇIQLAMA/ÖZƏL

Son üç ildə Fransa ilə Azərbaycan arasında münasibətlərin  pozulmasının  təşəbbüskarı Fransadır. 44 günlük Vətən müharibəsindən sonra Fransanın əsasən daxili siyasətinin diktəsinin əsasında kimi görünən, Fransadakı erməni lobbisinin sifarişi ilə Azərbaycanla münasibətlərin korlanmasına gedir. Amma sonrakı mərhələdə aradan keçən bu  dörd ilə yaxın müddətdə Fransanın addımları göstərdi ki, Fransanın həm də xarici siyasətinin prioritet istiqamətləri kimi Azərbaycanla münasibətlərin korlanması hesabına Cənubi Qafqaza yerləşməyə cəhd edir.  

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Yeganə Hacıyeva söylədi. 

Politoloq vurğuladı ki, 44 günlük Vətən müharibəsindən sonra iki tərəfli münasibətlərədə gərginləşən istənilən hadisələr məhz Aİ-nin və sırf Fransanın regiona yerləşməsi üçün  istifadə olundu.  Məsələn, 2021-ci ilin noyabr ayındakı sərhəddəki hərbi təxribatdan sonra  məhz Fransa danışıqlara daxil oldu.  2022-ci ilin fevralın 6-da onlayn formatda görüş keçirildi ondan sonrakı müddətdə isə Azərbaycan bununla razılaşmadı və nəhayət də 2022-ci ili aprelində  Brüssel formatı adlanan danışıqlar platforması formalaşdı. Vətən müharibəsindən sonra ikinci ən böyük gərginlik olan 2022-ci ilin sentyabrındakı gərginlikdən sonra isə Avropa İttiifaqının mülki missiyası qismində Fransa regiona yerləşdi. Sonrakı epizodik gərginliklərin hər birində regionda genişlənmə siyasətini yürütdü və nəticə etibarilə yarısı hərbiçilərdən ibarət olan yarım hərbi, yarı mülki missiya qismində Fransa regiona yerləşdi. Burada da strategiya olaraq Azərbaycanla münasibətlərin korlanmasına, Azərbaycanı hər addımda günahlandırmağa, böhtan atmağa, şərləməyə yönəlməklə baş verən hadisələri təhrif etməklə, prosesləri manipulyasiya etməklə, dezinformasiyaları Ermənistan rəsmi tezislərini istifadə etməklə Azərbaycanla münasibətlərinin korlanması siyasətini yürütdü. 

Yeganə Hacıyeva vurğuladı ki, bu gün də bu proses davam edir. Amma, paralel olaraq Fransanın daxilində də  Azərbaycana mədəniyyətinə  qarşı təcavüz addımları atılır. Bu nümunədə də Azərbaycan timsalında əslində müsəlman  dünyasının qadın hüquqlarının carçısı, qadın hüquqlarının müdafiəçisi kimi və XVIII əsrdə  Azərbaycanın  mütərəqqi, intellektual xanım şairəsi Xurşidbanu Natəvanın abidəsinin məhz təhqir olunması və s. kimi addımlar atılır. Onu da qeyd etmək lazımdır ki, xüsusilə Xurşidbanu Natəvana münasibət məhz onun əslən Qarabağdan olması və Qarabağın həqiqi tarixindəki rolu ilə bağlıdır. Belə ki, Xurşidbanu Natəvanın Qarabağ xanlarının sülaləsindən olub uzun Qarabağın idarəçiliyindəki rol alıb. Məsələ ondadır ki, Fransanın ərazisində çoxlu sayda Azərbaycanın ictimai-siyasi xadimləri sayılan  şəxslərin qəbirləri mövcuddur. Amma, onlara deyil, məhz  Xurşidbanu Natəvana qarşı bu vandalizm aktı Qarabağla bağlı erməni yalanlarının əksini sübut edən addımlara qarşı atılan addımlardır. Çünki Xurşidbanu Natəvanın mövcudluğu özü əslində Ermənistanın Qarabağ ətrafında, bütün dünya ermənilərinin Qarabağ ətrafındakı yalanlarını farş edir.  Fransada Natəvanın abidəsinə qarşı bu təhqir olunmalar təkcə Azərbaycan deyil, bəsəri mədəniyyətə qarşıdır.

Həmsöhbətimiz bildirdi ki, qırx dörd günlük müharibədən sonra Azərbaycan regionda sülh və stabillik üçün platforma elan edib. Biz bu prosesləri davam etməkdə məqsədliyik. Biz sərhədlərimiz boyu təhlükəsizliyimizə zəmanət  verəcək infrastrukturların formalaşmasında maraqlıyıq. Burada söhbət təkcə hərbi deyil, müxtəlif növ diğər infrastrukturlardan gedir. 

Yeganə Hacıyeva əlavə etdi ki, Fransanın xarici siyasətinin riyakar kurs olmasına diğər nümunə isə Ukrayna ilə bağlıdır. Emmonuel Makron bir tərəfdən deyir ki, Fransa ordusu Ukraynaya dəstək verəcək, NATO ordusu Ukraynaya gedəcək. Daxildə isə qeyd edir ki, Fransız əsgərləri hələ Ukraynaya girməkdə maraqlı deyillər. Makron xarici siyasətdə Ukraynanı müdafiə edirmiş kimi təsəvvür, reputasiya formalaşdırır. Amma, daxildə isə bunun belə olmadığını çox açıq danışır. Dünyada bunu görür, amma Fransanın bu riyakarlığı haqqında danışılmır. Separatizmə qarşı və yaxud da işğala görə Ukraynada vuruşmağa əsgər göndərəcəyini deyən Fransa Cənubi Qafqazda separatçıları, terroristləri dəstəkləyir.  Bunu da müxtəlif adlar altında gizlətmə çalışır. Ukrayna məsələsində Fransanın son 3 ildə məsələlərin hər birində həmişə mövsümi olaraq riyakarlıqla Ukraynanı dəstəkləyirmiş kimi göstərir amma addımlarında tam tərsini edir. Bu, riyakarlıq Fransanın siyasətinin bütün təbəqələrində özünü göstərir. Azərbaycan Prezidenti də Fransanın xarici siyasətinin riyakar elementlərini düyna ictimaiyyətinə açdı. 

Yaqut Ağaşahqızı, “İki sahil”