18 mart 2024 22:15
663

İftardan ən azı 2 saat sonra... - DİETOLOQDAN ORUC TUTANLARA TÖVSİYƏ

Türkiyəli dietoloq Seda Nasuhbeyoğlu  Ramazan ayında orqanizmin iftara qədər uzun müddət ac qalması səbəbiylə qan şəkərinin aşağı düşməsindən yarana biləcək risklərə və şirniyyat yeyərkən nəzərə alınması lazım olan məsələlərə aydınlıq gətirib.

“İki sahil” “CNN-Türk”ə istinadən xəbər verir ki, dietoloq qeyd edib ki, iftar zamanı və ya dərhal sonra şirniyyat yemək həzm problemlərinə və qan şəkərinin pozulmasına səbəb ola bilər. Bu səbəbdən iftardan ən azı 2 saat sonra şirniyyat qəbul etmək lazımdır. Əgər ürəyiniz şirniyyat istəyirsə bunun əvəzinə daha faydalı olan meyvə və yaxud meyvə qurularından istifadə edin.

Bəs Ramazan ayında oruc tutanlar hansı şirniyyatlardan yeyə bilərlər?

Dietoloq Seda Nasuhbeyoğlu bildirib ki, şəkərli diabetiniz yoxdursa, həftədə 2 porsiya ilə məhdudlaşan südlü şirniyyat  desertlərinə üstünlük verməlisiniz: “ İftardan sonra şirniyyat yemək istəyirsinizsə, pəhriz proqramınızdan 1 stəkan süd, 1 dilim çörək, 1 orta boyda olan meyvəni çıxarın. Bunun  əvəzinə həftədə bir dəfə 1 porsiya südlü,1 porsiya meyvəli çirniyyat qəbul edə bilərsiniz”.

Nigar Orucova, “İki sahil”