21 mart 2024 10:47
851

“İki sahil” qəzetinin baş redaktoru “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub

“İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sərəncamı ilə ali mükafata layiq görülmək böyük fəxrdir.

“İki sahil” qəzetinin kollektivi olaraq baş redaktorumuz Vüqar Rəhimzadəni yüksək təltif münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.