22 mart 2024 08:35
494

Dəbli görünmək üçün geyimlərinizdə bu rənglərdən istifadə edin

Bu il klassik ağı əvəz edə biləcək yumşaq mavi çalarlı paltarlar dəbdə olacaq.

“İki sahil” xəbər verir ki, bunu stilist Anna Skoroxodova bildirib. 

Bundan əlavə, lavanda tonlarında olan geyimlər populyarlaşacaq.

"Yəni lavanda tonunda bir kostyumu rahatlıqla geyinə bilərik. Bu geyim üzərimizə təravətli, yaz-yay fəsli kimi görünəcək", deyə Skoroxodova vurğulayıb. 

Eyni zamanda, Skoroxodova çəmən və püstə də daxil olmaqla yaşıl rəngin çalarlara diqqət çəkib.