Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan sosial media hesabında paylaşım edib.
“İki sahil” xəbər verir ki, Türkiyənini birinci xanımı Ə.Ərdoğan mesajında, "başqalarının rifahına həsr olunmuş bir həyat insanın özünə verə biləcəyi ən böyük hədiyyədir. Övladlığa götürən ailə olmağı seçən dəyərli ana və atalarımıza ürəkdən təşəkkür edir, uşaqlarımızı sevgi ilə qucaqlayıram” dedi.
Birinci xanım Ərdoğan dünən axşamkı paylaşımında bunları əlavə edib: “Qoruyucu ailə sistemini daha da gücləndirmək üçün vali xanımları, himayədar ailələri və sevimli uşaqlarımızla iftar süfrəsində görüşdük. 2012-ci ildə "Ürək səfirləri" layihəmizlə hər şeydən əvvəl bütün uşaqların sevgi və güvən mühitində böyümək haqqı olduğuna inanaraq yola çıxdıq. Layihəyə başladığımız gündən bəri minlərlə uşaq və onların ailələrinin sevincinə şərik olduq. Yeganə məqsədimiz bir araya gətirdiyimiz uşaq və ailələrin sayını günü-gündən artırmaqdır. Bu baxımdan, hörmətli vali həyat yoldaşlarının çoxlu könül körpüləri quracaqlarına tam inanıram. Prosesin əsas qəhrəmanı olan himayədar ailə olmaq üçün könüllü olan vətəndaşlarımıza ürəkdən təşəkkürümü bildirirəm.”
Orxan Vahidoğlu, "İki sahil"