İngiltərədəki Good Housekeeping jurnalı yuxu keyfiyyəti ilə bağlı araşdırma aparıb. Qadınların 85 faizi yaxşı bir gecə yuxusunu almağı üstün tutduqlarını bildiriblər.
Kişilərdə bu nisbət yüzdə 52 olaraq qalıb. Mütəxəssislər bu fərqin qadınların yuxu keyfiyyətinin kişilərdən daha pis olması ilə əlaqədar olduğunu deyirlər. Qadınların yalnız 15 faizi gecə səkkiz saat yaxşı yata bildiklərini söyləsələr də, kişilərdə bu nisbət 23 faizdir. Araşdırmada iştirakçılarının 72 faizi yuxu izləmə cihazı, əlavələr, aromaterapiya, xüsusi çaylar kimi yuxu vasitələrinə pul xərclədiklərini, 80 faizi isə yaxşı yuxu üçün yastıq və döşəklərə pul xərcləməyə hazır olduqlarını bildiriblər.
Orxan Vahidoğlu, "İki sahil"