Dünən xəstəxanaya yerləşdirilən “Yeşilçam”ın ustad aktyorlarından olan Kadir İnanırın son durumu açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Sputnik Türkiye” məlumat yayıb.

Qeyd olunub ki, insult keçirən sənətçi əməliyyat olunub.
Xəstəxanadan verilən məlumata görə, hazırda aktyorun vəziyyəti stabildir.
Sənətçinin qardaşı oğlu Levent İnanır onun yaşam təhlükəsinin olmadığını bildirib.
Qətər XİN İran və Omanın Hörmüz boğazı ilə bağlı müsbət bəyanatlarını qeyd edib