27 mart 2024 12:26
571

B6 vitamini çatışmazlığının yaratdığı FƏSADLAR

B6 vitamini çatışmazlığı insanın ağız sağlamlığına mənfi təsir edə bilər.  B6 çatışmazlığının simptomları arasında əsəbilik, depressiya, çaşqınlıq, dilin iltihabı (qlossit), dəri xorası və ya ağız xorası şəklində trofik pozğunluqları yer alır.

“İki sahil” “Lenta.ru”ya istinadla xəbər verir ki, bu haqda endokrinoloq Veronika Savenko  məlumat verib.

Onun sözlərinə görə, B6 vitamini çatışmazlığı nəticəsində ağız sağlamlığı pisləşə bilər. Həkimin sözlərinə görə, B6 insan orqanizmində sintez olunmur, bu vitamini ancaq qidadan almaq olar: “B6 çatışmazlığının simptomları sırasında qıcıqlanma, depressiya, çaşqınlıq, dilin iltihabı (qlossit), dəridə və ya ağızda xora şəklində trofik pozğunluqlar (stomatit), ağız künclərində dəri yaralarını qeyd etmək olar”.

Savenkonun sözlərinə görə bu vitamin ətdə, mal əti böyrəyində və qaraciyərində, treska və tuna balıqlarında, toyuq və bildirçin yumurtalarının sarısında xeyli miqdarda olur. Bundan əlavə, həkim əlavə edib ki, bu vitamin fındıq, qoz, badam da olur.