27 mart 2024 22:46
319

Keçmiş prezidentə 2,5 illik həbs

İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubiales yığmanın futbolçusu Cenniferi Ermosonu öpdüyünə görə həbs oluna bilər.

“İki sahil” xəbər verir ki, ölkə prokuraturası onun 2,5 il həbs olunmasını tələb edib.

Bundan başqa, qadın yığmasının keçmiş baş məşqçisi Xorxe Vilde, federasiyanın keçmiş markentinq direktoru Ruben Riveri və yığmanın direktoru Albert Lukanın 1,5 illik mühakimə olunması gözlənilir. FİFA Rubialesi 3 illik futboldan uzaqlaşdırıb.

Qeyd edək ki, Luis Rubialas 2023-cü ildə dünya çempionu olan İspaniya yığmasının mükafatlandırılması zamanı Ermosunu öpməsi böyük müzakirələrə səbəb olub. Nəticədə o, tutduğu vəzifədən uzaqlaşdırılıb.