28 mart 2024 10:47
258

Xavi jurnalisti məhkəməyə verdi

"Barselona"nın baş məşqçisi Xavi "El Pais" və "Cadena SER"in jurnalisti Manuel Yabosu məhkəməyə verib.

“İki sahil” xəbər verir ki, buna səbəb sözügedən jurnalistin mütəxəssis haqqında kobud yazılar, mesajlar yazması və fikirlər səsləndirməsi olub.

Oktyabr ayından mətbuatı kəskin tənqid edən Xavi Manuel Yabosun yazılarını və fikirlərini tamamilə yalan və onun şərəfinə təhqir hesab edib. Ona görə də məşqçi qanuni addım atmaq qərarına gəlib.