28 mart 2024 18:44
493

Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır - Taha Ayhan

Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır.

“İki sahil” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan gənclər və idman naziri Fərid Qayıbovla birlikdə "Şuşa İƏT Gənclər Paytaxtı - 2024" mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində keçiriləcək tədbirlər müsəlman gəncləri üçün stimul olacaq:

"Bu, həm də uzun illər işğal altında, amma indi sürətlə abadlaşan Şuşanın hekayəsini dünyaya tanıtmaq baxımından əhəmiyyətlidir".