29 mart 2024 00:42
535

Çox qəhvə içmək mədədə qastrit yaradır?

Pəhrizdə şorba çatışmazlığı, həmçinin qəhvə, sitrus meyvələri və ədviyyatlı qidaların həddindən artıq istehlakı mədədə qastritin inkişafına səbəb ola bilərmi? Rusiyalı həkim Aleksandr Myasnikov bu sualı “Rossiya” telekanalında yayımlanan verlişində cavablandırıb.

Ümumiyyətlə qəbul edilir ki, naharda şorba yeməsəniz, çoxlu qəhvə içsəniz və ədviyyatlara həddən artıq can atsanız qastrit yaranır. Ancaq həkimlər bu məşhur rəylə tam da razılaşmırlar. Televiziya aparıcısı Aleksander Myasnikov "Ən vacibi haqqında" proqramında mədə mukozasında iltihablı dəyişikliklərin niyə baş verdiyini izah edib.

O bildirib ki, qastrit və mədə xorası xroniki yoluxucu xəstəliklərdir. Onlar bakteriyalardan qaynaqlanır. "Unutmayın ki, “helicobacter pylori” bakteriyası eroziv qastrit kimi yoluxucu xəstəliyin əsas səbəbidir",- deyə həkim bildirib.

Əgər sizdə əksər hallarda qastritin səbəbi olan “helicobacter pylori” yoxdursa, nə yeyib-içdiyinizdən asılı olmayaraq sizdə diskomfort, mədə yanması ola bilər, ancaq sizdə mədədə eroziya, xoralar və ya iltihablar olmayacaq.

Nubar Süleymanova, “İki sahil”