29 mart 2024 10:01
264

“Barselona” yarımfinalda “Çelsi”yə rəqib olub

Qadınlar arasında UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları müəyyənləşib.

“İki sahil” xəbər verir ki,  ötən gün 1/4 final mərhələsinin son iki cavab görüşü keçirilib. İspaniyanın “Barselona” klubu Norveç təmsilçisi “Brann” ilk matçda olduğu kimi, cavab qarşılaşmasında da (2:1, 3:1 məğlub edib. Fransa PSJ-si isə İsveç komandası “Hekken”i hər iki görüşdə (2:1, 3:0) üstələyib. Daha əvvəl isə “Çelsi” (İngiltərə) və “Lion” (Fransa) yarımfinala adlamışdı.

Final yolunda son dueldə son çempion “Barselona” “Çelsi” ilə, “Lion” isə PSJ ilə qarşılaşacaq. İlk oyunlar aprelin 20-21-də, cavab matçları 27-28-də baş tutacaq.