29 mart 2024 13:03
804

Ən xeyirli meyvə quruları...

Massaçusets Universitetinin dietoloqlarının araşdırmasına görə, quru meyvələr, meyvə püresi və konservləşdirilmiş meyvələr ən yüksək miqdarda lif və qida maddələrinə malikdir.

“İki sahil” “Qazeta.ru”ya istinadla xəbər verir ki, bu növ qidaların şəkəri də azdır. Araşdırmanın nəticələri Nutrients jurnalında dərc olunub.

Hansı meyvə qurusunun sağlam olduğunu öyrənmək üçün alimlər 1497 növ meyvə qəlyanaltısının qida tərkibini təhlil ediblər. Tədqiqatçılar bu zaman NRF indeksindən istifadə ediblər.

Bu indeksdə arzu olunan qida maddələrinin (zülal, pəhriz lifi, kalium, D vitamini, kalsium, dəmir) və pəhrizdə məhdudlaşdırılması lazım olanların (doymuş yağ, xolesterol, əlavə edilmiş şəkər və natrium) məzmunu nəzərə alınır.

Araşdırmanın nəticələri ortaya qoyub ki, quru meyvələr, meyvə püresi və konservləşdirilmiş meyvələr ən az şirin və yağlıdır. Bundan əlavə, bu növ qidalar bağırsaqların normal fəaliyyəti üçün vacib olan həzm olunmayan liflə zəngindir. Nisbətən “sağlam olmayan” qəlyanaltılara marmelad və meyvə əsaslı “batonçik”lər daxildir.

Nüsrət Məmmədov, "İki sahil"