Azərbaycanın səfiri Rəşad Novruz etimadnaməsini Ekvador Prezidenti Daniel Noboaya təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Mən etimadnaməmi Ekvador Prezidenti Daniel Noboaya təqdim etmək və ölkələrimiz arasında əlaqələrin inkişafı üçün bu ölkənin xarici işlər naziri Qabriela Sommerfeld ilə məhsuldar danışıqlar aparmaq şərəfinə nail oldum. Azərbaycanın səfiri olmaqdan qürur duyuram”, - paylaşımda qeyd edilib.
Sahibə Qafarova və Toni MakKormak Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər
Elçin Əmirbəyov: Azərbaycan 2006-cı ildən etibarən Avropanın enerji təchizatında mühüm rol oynayır