30 mart 2024 23:18
395

Ermənistan Azərbaycanla sərhədə qoşun yığır - VİDEO

Bu saatlarda Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi qeydı alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistandakı mənbələrə istinadən sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, ötən ilin sentyabrından Ermənistan hərbçilərinin belə fəallığı müşahidə olunmayıb.