31 mart 2024 22:36
576

Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Azərbaycana səfər edəcək

Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün Azərbaycana səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yaylb.

Qeyd olunub ki, səfər 1-2 aprel tarixlərində baş tutacaq.

Səfər çərçivəsində Haluk Görgünün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşməsi nəzərdə tutulub.