01 aprel 2024 10:13
333

Müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 21-də Azərbaycan vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.