01 aprel 2024 23:18
761

Bizə hürən elə bir it olmadı ki, qotur olmasın

Erməni lobbisinin boyunduruğunu könüllü olaraq boynuna keçirən, milli qürur hissini, şərəf və ləyaqətini itirən, Beydulla Manafov kimi mənəviyyatsız məxluqun ermənidən çox ermənilik etməsi heç də təsadüfi deyil

Son zamanlar sosial şəbəkələr üzərindəki müşahidələr soyu, kökü bəlli olmayan, avantürist, riyakar, xəyanətkar dəstənin Azərbaycan əleyhinə apardığı qarayaxma kampaniyasını cidd-cəhdlə davam etdirməsinin arxasında müəyyən xarici ölkələrin xüsusi xidmət orqanlarının və erməni lobbisinin dayandığını açıq-aşkar göstərir. Həmin dairələrdən aldıqları qrantların müqabilində dövlətimizə və dövlətçiliyimizə qarşı təbliğat aparan, qərəzli dairələrin köləliyini məmnuniyyətlə qəbul edən bu xəyanətkar şəbəkənin çirkin niyyətlərinin, qaranlıq əməllərinin üstündən, necə deyərlər, sirr pərdəsi qalxır.

Dəfələrlə yazmışıq ki, Qərbin ayrı-ayrı ölkələrində “siyasi mühacir” adı ilə lövbər salan bu melanxoliklərin, şizofreniklərin, şərəfsizlər sürüsünün əməllərindən, sosial şəbəkələrdə, internet TV-lərdə çıxışlarının hər cümləsindən, onların ritorikasından Azərbaycan əleyhdarı olan dairələrin sifarişlərinin, təlimatlarının və çirkli pullarının iyi gəlir. Belələrindən biri də Sevinc Osmanqızı kimi Azərbaycana qarşı açıq düşmənçilik təbliğatı aparan xəyanətkarın “OsmanıqızıTV”sində bütün milli-mənəvi dəyərləri, əxlaqi-insani keyfiyyətləri tapdalayan, milli mənliyini itirmiş, soyu, kökü bəlli olmayan Beydulla Manafovdur. Bu zat, daha doğrusu zatıqırıq “virtual terrorçu” martin 30-da “Osmanqızı TV”-də erməni lobbisindəki daşnakların tapşırığı ilə antimilli missiyasını ləyaqətsizcəsinə davam etdirərək dövlətçiliyimizə ləkə yaxıb, siyasi hakimiyyətdə təmsil olunan ayrı-ayrı şəxsləri açıq-aşkar təhqir edib.

Təbii ki, milli heysiyyatını və Vətən təəssübünü itirən, erməni lobbisinin çirkli pulları, bir az da dəqiq desək, düşmən yalı ilə öz doğma Vətəninə, xalqına hürən, ulayan Beydulla Manafovdan bundan artıq nəsə gözləmək mümkün deyil. Belə yerdə bir müdrik kəlam yada düşür: “Bizə hürən elə bir it olmadı ki, qotur olmasın.”

ABŞ-dakı erməni lobbisinin qucağında oturaraq ölkəmizə qarşı maşa kimi istifadə olunan, anti-Azərbaycan təbliğatı aparan, hökumət rəsmilərinə hədyanlar və təhqirlər yağdıran, özünü jurnalist və siyasi mühacir adlandıran Beydulla Manafovun ermənidən çox ermənilik etməsi heç də təsadüfi deyil. Hamımız bir neçə il bundan əvvəl Avropada yaşayan bir jurnalist həmvətənimizin bu zatla bağlı verdiyi maraqlı açıqlamanı yaxşı xatırlayırıq. Gəlin həmin açıqlamaya bir daha nəzər salaq: “Əvvəlcə mənə dedilər ki, hakimiyyətin təqibindən yaxa qurtarmaq üçün ABŞ-a sığınıb. Ancaq sonra onu yaxından tanıyan şəxslərdən eşitdim ki, Beydulla Manafov əslində həyat yoldaşının erməni olması və bunu da əksəriyyətin bilməsi səbəbindən Azərbaycanda yaşamaq istəməyib və ailəsini də götürüb ABŞ-a köçüb. Onun özündən bir yaş böyük olan həyat yoldaşı Raisa Qaykovna adlı xanımdır, 1946-cı ildə anadan olub və uzun müddət Nəsimi rayonunda yaşayıblar, hazırda Texas ştatında, Dallasda qalırlar. İki övladları var və hamısı da ABŞ vətəndaşlığı alıblar. Qızları Məlahət Manafova da Losornio Antoni Ray adlı amerikalıya ərə gedib. Tez-tez bura- Londona gəlib-gedirlər. Onların hamısının ABŞ-da siyasi sığınacaq və vətəndaşlıq almalarında “erməni amili” mühüm rol oynayıb və bu işdə ABŞ-dakı erməni lobbisinin köməyindən yararlanıblar. Ancaq bunu gizlədirlər…”.

Yəqin ki, dünya erməniliyi qarşısında şərəfsizcəsinə öhdəliklər götürən, erməni boyunduruğunu könüllü olaraq boynuna keçirən Beydulla Manafov kimi milli qürur hissini itirən ləyaqətsiz məxluqun sosial şəbəkələrdəki anti-Azərbaycan çıxışlarının, hallüsinasiyalarının, isterikasının əsl səbəbləri hamımız üçün aydın oldu…

Zahid Rza, “İki sahil”