01 aprel 2024 22:00
271

Müsəlman ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri üçün iftar süfrəsi verilib - FOTO

Müqəddəs Ramazan ayı münasibəti ilə, müsəlman ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri üçün iftar süfrəsi təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək qarşıdan gələn bayram münasibətilə ən xoş arzularını çatdırıb.