04 aprel 2024 11:52
373

Mövlud Çavuşoğlu Şəhidlər xiyabanını ziyarət edib

Türkiyə parlamentinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanını ziyarət edib.

“İki sahil” xəbər verir ki, onlar Şəhidlər xiyabanını ziyarət edərək əklil qoyub.

Daha sonra Türk Şəhidliyindəki məzarlar üzərinə tər qərənfillər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.