04 aprel 2024 16:07
556

Ermənistanın Qazaxın kəndlərini Azərbaycana təhvil verməkdən başqa yolu qalmayıb - EKSPERT

Bizə bəllidir ki, Ermənistan müxtəlif bəhanələrlə delimitasiya məsələsini çox uzatmağa çalışırdı. Müxtəlif dövrlərdə Azərbaycan tərəfindən delimitasiya məsələsində çevikliklə bağlı Ermənistana çağırışlar edilsə də, bu qonşu dövlət hər dəfə müxtəlif bəhanələr gətirərək həmin çağırışlardan yayınmağa çalışırdı. Məhz Azərbaycanın qalib tərəf kimi diktə etdiyi şərtlər fonunda artıq ölkəmizlə Ermənistan arasında delimitasiya komissiyalarının iclasları daha fəal və zirək şəkildə həyata keçirilir. Amma bütün bunlarla yanaşı, Qazaxın 4 kəndinin indiki mərhələdə Azərbayacana qaytarılması vacib şərtlərdən biridir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirib. 

Politoloq qeyd edib ki, Azərbaycan bununla bağlı Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsi ilə bağlı bu dövlətə müxtəlif çağırışlar edib. O baxımdan hesab edirəm ki, bu gün Ermənistanın Qazaxın kəndlərini Azərbaycana təhvil verməkdən başqa heç bir yolu qalmayıb. Ona görə də Ermənistan parlamenti təcili iclasını çağıraraq əvvəlcə Qazaxın kəndlərini Azərbaycana təhvil verilməsi məsələsini müzakirə edəcək. Düşünürəm ki, daha sonra isə delimitasiya komissiyaları arasında iclasların bundan sonrakı mərhələsi, delimitasiya ilə bağlı görülən işlər və digər məsələləri müzakirə edəcəklər . Əslində bu toplantı gərginlik fonunda baş verməkdən daha çox Azərbaycanın Ermənistana diktə etdiyi şərtlərin fonunda baş verir.

Cavid Əkbərov, “İki sahil”