04 aprel 2024 16:41
569

Almaniya Azərbaycanda minatəmizləmə ilə bağlı layihələri dəstəkləyir- Səfir

Almaniya Azərbaycanda minatəmizləmə ilə bağlı layihələr həyata keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Almaniya minatəmizləmə prosesində, o cümlədən həyata keçirilən öz layihəmiz çərçivəsində Azərbaycan və Avropa İttifaqının səylərini tam dəstəkləyir”, - paylaşımda qeyd edilib.