Fakitiki olaraq bu gün Qərbin Ermənistanda oynadığı təhlükəli planlar var. Bu təhlükəli planlar bir neçə məqsədə xidmət edir. Əvvəla Qərb imperializmi Ermənistan ərazilərindən istifadə edərək Cənubi Qafqaza soxulmaq və bu region vasitəsilə Rusiya əleyhinə yeni bir platsdarm yaratmaq istəyirlər. İkincisi, bu gün Qərb Ukrayna ssenarisinin təkrarını Ermənistan ərazilərində həyata keçirmək istəyir. Bu da Ermənistan üçün təhlükəli tendensiyalar yaradır və vəziyyətin bundan sonra daha da pisləşməsinə səbəb ola bilər.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Politoloq qeyd edib ki, bütövlükdə isə Qərbin neoimperialist şəbəkələrinin Azərbaycanın iştirakı olmadan Ermənistanla hansısa görüşlər keçirməyi Qərbin bölgə ilə bağlı məkrli-məqsədli planlarının növbəti göstəricilərindən biridir. Daha əvvəl Qranadada Azərbaycanın iştirakı olmadan görüş keçirməyə cəhd etdilər. İndi isə Brüsseldə Azərbaycan iştirak etmədən belə bir görüş həyata keçirmək istəyirlər.

Şübhəsiz ki, Ermənistan ərazilərində Avropa İttifaqının mülki missiyası adı altındakı təxribat maşınının mövcudluğu bu gün Qərbin Ermənistana müxtəlif vədlər verərək onu aldatmağa və bölgədən sıxışdırmağa çalışması və bu kimi faktorlar ortada olan reallıqdır.
Cavid Əkbərov, "İki sahil"