04 aprel 2024 20:49
489

ABŞ səfirliyi: Vaşinqton 1999-cu ildən minalarla mübarizədə Azərbaycana 38 milyon dollar həcmində yardım edib

Birləşmiş Ştatlar 1999-cu ildən minalarla mübarizədə Azərbaycana 38 milyon dollar yardım edib

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

“Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günündə ABŞ bütün dünyada bu təhlükələrin azaldılmasına sadiqdir və 120-dən çox ölkəyə, o cümlədən 1999-cu ildən Azərbaycana ayırdığı 38 milyon dollara yaxın yardım etməklə adi silahların məhv edilməsinin aparıcı maliyyə dəstəkçisidir”.