06 aprel 2024 23:47
556

Azərbaycan XİN Niderland hakimiyyətinə çağırış edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə çağırış edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı XİN sosial şəbəkə hesablarında paylaşım edib.

"Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. Azərbaycanın COP29 sədrliyi olaraq biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq", - paylaşımda deyilir.