07 aprel 2024 08:06
282

Slovakiyada keçirilən prezident seçkilərində Pelleqrini qalib gəlib

Slovakiya Milli Şurasının (parlamentinin) sədri, “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini Slovakiya prezidenti seçilib.

“İki sahil” xəbər verir ki, bu barədə Slovakiya televiziyası məlumat yayıb.

Bülletenlərin 99,8%-nin hesablanmasının nəticələrinə əsasən, seçicilərin 53,18%-i P.Pelleqrininin lehinə, 46,81%-i isə onun rəqibi - Slovakiya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, liberal müxalifətin nümayəndəsi İvan Korçoka səs verib.

Korçok seçkilərdə məğlub olduğunu etiraf edib və Pelleqrinini dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.