07 aprel 2024 09:57
328

FHN vətəndaş üçün müvəqqəti yaşayış məqsədilə çadır qurub - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinə Xaçmaz rayonu, Arzu qəsəbəsi sakini Vəfadar Mirzəyevə məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən Arzu qəsəbəsi sakini V.Mirzəyev üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.