07 aprel 2024 14:19
269

Slovakiya parlamentinin rəhbəri prezident seçkilərində qalib gəlib

Slovakiya parlamentinin rəhbəri Peter Pelleqrini Slovakiyada keçirilən prezident seçkilərində qalib gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Seçkilər və Siyasi Partiyaların Maliyyələşdirilməsinə Nəzarət üzrə Dövlət Komissiyasının rəhbəri Eduard Burda bildirib.

Pelleqrini 53,12 faiz səs toplayaraq rəqiblərini üstələyib.