Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində atılan addımların, əldə edilən nəticələrin miqyası olduqca genişdir.Ölkəmizin xarici siyasətində çoxşaxəli xarici siyasət prioritet təşkil edir.
Məsafə baxımından uzaq olsa da,Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına maraq göstərir ,gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır.
Aprelin 4-də Konqo Respublikasının prezidenti Seni Sassu-Nqessonun ölkəmizə səfəri Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığının baris nümunəsidir. Qeyd edək ki,Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələr 23sentyabr 2911-ci ildə Nyu-Yorkda imzalanmış saziş əsasında qurulub.
Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı. Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında səsləndirib.
“Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar”, - dövlət başçısı diqqətə çatdırıb.
Əliyeva Əminə,
265 nömreli məktəbin Dil- Ədəbiyyat müəllimi
YAP Xətai rayon təşkilatının üzvü